Bugun...


“Türkün qılıncının gücünü dünya görmüşdü, indi də idrakının gücün görür”

“Türkün qılıncının gücünü dünya görmüşdü, indi də idrakının gücün görür”

Eluca Atalı: “Qarabağ problemini həll edəcəyik, amma bizim erməni məsələmiz əbədidir”

“Ermənilər dünyada yeganə millətdr ki, fahişəliyi müqəddəsləşdiriblər”

“Hərbçilərimizin Qarabağdakı döyüş taktikasına hər kəs heyran qalır…”

İsveçdə yaşayan azərbaycanlı yazıçı Eluca Atalının əsərləri 15-dən artıq dildə tərcümə olunub. Bu günədək 28 kitabı çapdan çıxıb, 5 kitabı isə hazırda xarici dildə yayımdadır. Kitabları “Amazon” və digər məşhur kitab satış mərkəzlərində satılır. Eluca xanımla söhbətimizdə ilk olaraq şanlı ordumuzun Qarabağ və ətraf bölgələrdə apardığı hərbi əməliyyatlarla bağlı fikirlərini öyrənməyə çalışdıq:

– Bu, tarixi bir hadisə, Azərbaycan tarixinə Vətən müharibəsi kimi yazılacaq bir səhifədir. Həm də şanlı bir hadisədir. Bu qələbəni ordumuz qazanır, xalqla ordunun birliyinin yarandığı bir məqamdır. Bu günkü əhval-ruhiyyəni mən yalnız 1988-ci ildə Meydan olaylarında və 20 yanvar 1990-ci il Yazovun tankları sivil əhalinin üzərindən sürüb keçdiyi an görmüşdüm. İnanın, nə qədər həsrətindəydim xalqım qalxsın, mənfur düşmənə qarşı birləşsin. Əslində, illərdir biz hamımız bu günü gözləyirdik. Nəhayət, gözlədiyimiz baş verdi.

Onu da xüsusi qeyd etmək istərdim ki, 1918-ci ildən bəri itirə-itirə gəldiyimiz torpaqalrımızdan bir qarış belə geri qayıtmayıb. Bu günün əlamətdar hadisəsi artıq torpaqlarımızın qayıtmasıdır. Axırıncı dəfə nə zaman ordumuz olmuşdu? Öz milli ordumuzdan söhbət gedir! 1918-ci il 26 iyunda ordumuz yarandı, amma möhkəmlənməyə imkan tapmamış dövlətimiz işğal olundu. Elə o gündən itirə-itirə əriyib azalırıq, hər mənada. Amma indi hər cür təchizatı olan qüdrətli ordumuz var.

Son günlər Amerikalı hərbiçinin Qarabağ savaşını hərbi baxımdan döyüş taktikasını və orda işlənən silahların təhlilini oxuduqda Ali Baş Komandirimiz İlham Əliyevdən tutmuş generallarımız, siravi əsgərlərimizə qədər hamısı ilə fəxr etdim. Hərbçilərimizin Qarabağdakı döyüş taktikasına hər kəs heyran qalır. Türkün qılıncının gücünü dünya görmüşdü, indi də idrakının gücün görürlər.

Yeri gəlmişkən bir məsələni də deyim, əslində bizim güclü hərbçilərimiz zaman-zaman olub, amma heyif ki, idrakımız özgə bazarında xərclənib. General Əliağa Şıxlinskinin “Üç bucaq” əməliyyatı ilə 1904-cü ildə Uzaq Şərqdə Rus-Yapon savaşında Rusiya qalib oldu. Yenə acınacaqlı haldır ki, istər Ə.Şıxlinski və Mehmandarov kimi dahi hərbçilərimiz ömürlərinin sonunda küçə süpürdülər. Millətin milli dövləti olmayanda onun övladları yetim kimi yaşayır. Torpağımızın bu gün geri qaytarılmasının bir səbəbi də bu gün milli dövlətə sahib olmağımızdır.

– Sizcə, erməniləri başqa xalqlardan fərqləndirən nədir?

– Onların fitrəti. Millət kəmiyyət deyil, millət keyfiyyətdir. Biz deyirik, türk birsifətlidir, arxadan vurmaz, basdığını kəsməz, söz verər, sözün tutar, yıxılanı qaldırar və s. Erməni bütün bunların əksidir, məkrli, hiyləli, fürsətçi, sərmayəçi, xəyanətkar, amansız, müxənnətçi. Zəifi əzər, güclüyə əyilər.

Erməni onun-bunun qapısında başın boynuna qoyub yalvarar, əzdilər, öldürdülər, amandı yardım edin, imdad diləmək, dilənmək onun fitrətində var. Onlar mitinqlərə minlərlə çıxırlar, biz yüzlərlə. Çünki bizim fitrətimizdə kiməsə yalvarmaq yoxdur. Onlar kimi biz BMT, Avropa Şurasının qarşısında durub yalvarmağı özümüzə sığışdırmırıq. Türk bir dəfə qalxar ayağa, sarılar silaha, itmiş ədaləti bərpa edər. Türk özünə güvənəndir, tək qol baxımından yox, həm də mənəvi baxımından öz kimliyindən güc tapandır.

Asif Ata deyir: “Türk ata minər Koroğlulaşar, atdan düşər Füzuliləşər”. Bu xüsusiyyəti ermənidə görə bilərsən? Və ya Cavahirlər Nehru deyir: “Türk öldürməyi sevməz, ölümlə öcəşər, məcbur olub öldürdüyünün üzərində diz çökər körpə kimi ağlar. Öldürməyi sevən monqoldur, qandan həzz alan odur.” Bunu ki, biz demirik, bizə kənardan baxan deyir. Erməni fürsətdən bəhrələnər, öz çirkin mənfəəti üçün vasitə axtarar.

Məşhur fransız yazıçısı A.Duma Qafqazı gəzdikdən sonra Qafqazdakı millətləri kitabında belə təhlil etmişdir: “Türkün sözünə inanacaqsan, rusun yazılı müqaviləsinə, ermənin nə sözünə, nə də yazılı müqaviləsinə”. Məncə, bunu faktlarla açıqlamağa artıq ehtiyac yoxdur. Paşinyan bütün dünyaya zəng edib zəhləsin tökdü, Azərbaycanın üstünə vasitəçi saldı, 3 günlük atəşkəs sözləşməsinin birinci dəqiqəsindən sözünü və imzasını ayağının altına qoyub tapdadı. Belə olan halda, bu millətlə hansı dildə danışa bilərsən?

Ümumi halda, ermənilər qatışıq etnosdular, onlar Fələstindəki hetlərlə (yahudilərə yaxındır) farsların qarışığından əmələ gəliblər. O üzdən nə şərqdən şərqdilər, nə də qərbdən qərbdilər. Onlarda yahudilərdə sərmayəçilik və pulçuluqla, farslardakı hiyləgərlik və xəyanətkarlıq birləşib. Amma mənə qalsa, bu günkü ermənilər eramızdan əvvəlki Anaid məbədlərində artmış millətin nəvələridir. Dünyada yeganə millətdilər ki, fahişəliyi müqəddəsləşdiriblər.

Ermənilərin dövlətləri olmadığı üçün onlarda ta qədimdən məbədlərə sığınıblar, sonralar da kilsələr dövlət rolun oynayıb. Məbədlər vasitəsi ilə bunlar idarə olunub, möhkəmləniblər. Bunlar üçün keşişin dediyi siyasətçinin əməlindən irəli olub. İbadət adı ilə gedib düşdükləri yerdə məbəd tikib sonradan həmin torpaqlara iddialı olublar(Bizim Alban məbədlərimizə sahib çıxdıqları buna nümunədir!). Erməni keşişləri məbədi karvansaraya döndərir, yoldan keçənlər burda gecələyir, onlarla erməni qadınları yaxınlıq edir, pul qazanır, həmin pula yeni məbədlər tikirdilər və həm də bu yolla millətin sayın artırırlar.  Bu haqda Strabon öz əsərlərində yazır, onun fikirlərini erməni tarixçisi A.Perixanyan təsdiq edir. O yazır ki, “məbəd fahişəliyi əyanlardan tutmuş qullaradək cəmiyyətin bütün təbəqələrinin iştirak etdiyi bir mərasim qaydası idi”. Bu ideya o qədər genişlənir ki, hətta pula ehtiyacı olmayan tacirlər belə qızlarını gətirib millətin gləcəyi naminə məbədə təhvil verirdilər.

– Ümumiyyətlə erməni millətinin mənşəyi haqda nə deyə bilərsiniz?

– Bu gün onların mənşəcə 6 millətlə daha çox qarışığı olduğu sübut edilir. Qan qarışıqları çox olduğundandır ki, hansı dövlətə getsələr oranın siyasətçisi ilə dil tapa bilirlər. Çünki siyasət çoxüzlülük tələb edir. “Böyük Ermənistan” xülyası üçün pullarını xərcləməkdən şövqə gəlirlər. Bir şeyi də gərək unutmayaq, biz Qarabağ problemin həll edəcəyik, amma bizim erməni məsələmiz əbədidir. Dünyada sonuncu erməni qalana qədər “Böyük Ermənistan” xülyası yaşayacaq. Ona görə də, erməni ilə xüsusi döyüş taktikamız olmalıdır.

– Bu gün Azərbaycanda bir çox millətlərin və etnik xalqların nümayəndələri də yaşayır. Kənar təsirləri nəzərə almasaq, Azərbaycanda bu sahədə hər hansı problem müşahidə etmisiniz?

– Azərbaycan tarixinə baxsanız, biz etniklərlə tarixən problemsiz yaşamışıq. Onlar Azərbaycanın vətəndaşı, yurddaşı olublar, bütün vətən savaşlarında türklərlə çiyin-çiyinə savaşıblar, “Bu yurd mənimki deyil” fikri beyinlərindən keçməyib. Ən yaxın tariximizdəki Qarabağ savaşında talış, kürd, yahudi, lahıc, enqloy, rus, malakan, ləzgi və s. hamısı qanından, canından keçib. Bizim birgə adət-ənənəmiz, qohumluq bağlarımız, tariximiz var. Biz türklər hamıya qucaq açmışıq, etiraf edək ki, ermənidən savayı, kimsədən xəyanət görməmişik. Bu günkü Ermənistan demək olar, dünyada tək millətli dövlət hesab olunur. Orda yalnız az sayda yezidi kürdləri var ki, onları da gözün çıxdına salıblar.

– Sizcə, bu gün düşmən niyə mülki əhalini hədəf seçir. Bu da ermənilərin tarixi xislətindən irəli gəlir, yoxsa…?

(Ardı var)

Diaspora mövzusu

– Sizcə, bu gün düşmən niyə mülki əhalini hədəf seçir?

– İstəyir bizi sarsıtsın, xalq qorxsun savaşdan çəkinsin.  Biz təbiətən sakitliyi sevən, humanitar, savaş istəməyən bir millətik. Amma bu gün əksinə olub, qocadan tutmuş cavana qədər, kişidən tutmuş qadına qədər hər kəs yalnız savaş istəyir. Hətta 3 günlük atəşkəs söhbətini ağlaşma ilə qarşıladıq. Çünki ermənin cənnət yurdumuz olan Qarabağa sahiblənməsi bizim ləyaqətimizi, şərəfimizi tapdayıb. Erməni fiziki gücdən qorxan olduğu üçün biz ona güc göstərməliyik. O təbiətən döyüşkən deyil, çətinliyə tab gətirən millət deyil. Onlar yaxşı yaşamağı sevirlər, harda günləri xoş keçsə, orda yaşarlar. Onlarda yurd anlayışı, torpağa, yurda bağlılıq bizdəki qədər dərin deyil. Biz torpağı ana bilmişik, torpaq haqqı deyib, and içmişik. Bu yurdçuluq sevgisidir. Erməni isə dünyaya səpələnib, haraya sərmayə qoyub qazanc əldə edə bilərlərsə, ora cumurlar. Bir faktı da deyim, Bakıya da bunlar XIX əsrin sonlarında neft fantan vuran vaxtı gəldilər. Baxıb gördülər dünya Bakıya maya qoyur varlanır, bunlar da axın etdilər. Amma az bir müddətdə Bakının siyasətini ələ keçirtdilər, təbii ki, rusla – bolşeviklərlə əlbir olub inqilab adı ilə daşnak qüvvləri yığdılar. Stepan Şaumyanlar, Lalayanlar, Balayanlar ta 1918-ci il mart qırğınını törədənə qədər at oynatdılar. Yuxarıda dedim, bunlar fiziki gücdən qorxandılar, 1 apreldə 36-cı silahlı Türküstan batalyonu şəhərə girib daşnaklara silahı yerə qoy əmri verənə qədər 12 min adamı qətl etdilər.

– Hadrutun alınma xəbərini necə qarşıladınız?

– Göz yaşı ilə!!! Tək Hadrutu yox, hər alınan təpə, dağ, kənd, şəhər xəbərini sevincdən ağlayaraq qarşılayıram. Yurdumuz qayıdır, şəhərlərimiz, kəndlərimiz bərpa ediləcək, torpağımız əkiləcək. Bunlar nə acgöz millətmişlər? Hadrut, Şuşa, Xankəndi və Kəlbəcərdəki qızıl zavodunun ətrafındakə tək-tük tikilidən savayı, bir dənə kənddə daş-daş üstündə qalmayıb, məzar daşına qədər söküb aparıblar.

– Siz yaşadığınız ölkədə ermənilərlə üz-üzə gəlmisinizmi?

– Məhəlləmizdə əsasən Suriya və Livan erməniləri var, iş yoldaşlarımın içində həm də İrəvan erməniləri var. Ümumi halda, olduğum kurslarla birgə hardasa 15-20 İrəvan ermənisi ilə bir yerdə olmuşam, heç vaxt Qarabağın adın tutmayıblar. Amma Suriya və Livan erməniləri Azərbaycanlı olduğumu bilən kimi Qarabağın ermənilərin olduğunu deyib, bunu mənimlə mübahisə mövzusu ediblər, tutarlı cavabların vermişəm. İsveçdə xaricilərlə söhbət edəndə Xocalıdan olduğumu deyib, ermənilərin etdiyi soyqırımı açıqlayıram.

-Gəncədə törədilən terror aktıyla bağlı yaşadığınız ölkədə təbliğat işləri aparıb dünya ictimaiətinə çatdırdınızmı?

– Bu yöndə bacardıqca iş görürük, məqalələr, intervyular, söhbətlər, press konfranslar və s. 17 oktyabrda şəhər mərkəzində dövlətimizə və ordumuza dəstək aksiyası keçirəcəyik.

– Yeni əsərləriniz çapdan çıxıbmı?

– Son kitabim iki ay əvvəl Hindistanda benqal dilində “Xoş gəldin, Ayrılıq” yayımlandı, yüksək rəylər almış və Kalkutda universitetində konfrans vermək üçün dəvət ediblər. “Tiqranizm Xocalıda” kitabım bu günlərdə ingilis və ərəb dilində yayımlanacaq, Anka quşu 8-11 yaşlı uşaqlar üçün olan kitabım Türkiyədə yayımdadır. “Atanurun sərgüzəştləri” uşaq məcara kitabım Özbəkistanda yayımdadır. Hal-hazırda “İran hizbullah zindanında” romanımı kitablaşdırıram.

– Oxucularınız daha çox hansı ölkədəndi?

-Türkiyə, Özbəkistan, İran, Əfqanistan, İraqdan daha çox məktub aldığıma görə hələ ki bu ölkələri deyə bilərəm.

– Cəbhədəki son vəziyyəti necə qiymətləndirirsiniz?

– Əla! Hücuma keçən əsgərlərimizin vuran əllərindən öpürəm. Yurd müqəddəsləşən torpaqdır, onlar müqəddəs iş görürlər. Bu yolda dizləri bükülməsin, ürəkləri əsməsin.

-Düşmən çox sayda itki verir. Artıq, Xankəndinin və Şuşanın boşaldıldığı deyilir…

– Xankəndindən və Şuşadan çəkilmiş videolara baxıram, düşmən arxasına baxmadan  vahimə içində qaçır. Ağıllarına gətirmirdilər bir gün hücuma keçəcəyik, qondarma dövlətin and içmə binasın vurub yerlə bir edəcəyik! Biz gözlənilməz olduğumuz halda gözlənirdik, yağı tapdağında olan doğmamızın gözü yolda qalmışdı. 1992-ci ilin 29 martında mənim Ocaqçı qardaşım Amaltay Şuşa uğrunda gedən savaşda düşmən gülləsinə tuş gəldi. 10 mayda onun 40 mərasiminə Şəmkirə gedirdik, sübh tezdən Göyçayda yolda qarşımıza yük maşınları çıxdı. Maşının arxasında əsgərlər vardı, avtomatlarını kökslərinə sıxmışdılar, yağış yağırdı. Uşaq ikən tarix kitabından Rusiyadan qayıdan Napolionun məğlub ordusunun Fransaya nizamsız qayıtdığını oxuduğum sətirləri xatırladım. Məğlub əsgərin üzündə nə dərəcədə kədər, qüssə olardısa, onu Şuşanın məğlubiyyətində gördüm. İnanın, bu dəqiqə bu sətirləri yazanda ağlamaqdan özümü saxlaya bilmirəm. 28 il keçib, amma o səhnə yenə də film kimi gözlərimdən çəkilmir.

Şuşa alınandan sonra gedib o torpağı öpəcəm, üz qoyacam yurdumun müqəddəs torpağına.

– Əsərlərinizdə erməni vəhşiliklərindən bəhs edirsiniz…

– Erməni xisləti desək, daha düz olmazmı? Tutaq elə “Tiqranizm Xocalıda” əsərim, bunu tək vəhşilikdən bəhs edən bir əsər saymaq nə dərəcədə düz olardı? Burda bizim eranın 50-60-cı illərində ermənilərin ilk ermıni dövləti ideyasından tutmuş – Roma imperiyasının zəifləyən vaxtı imperiyanın bir hissəsini erməni dövləti elan etdilər. Lakin bu cəmi 2-3 il yaşadı, Roma imperaturu Marsel ordu sərkərdələrindən biri olan, mənşəcə erməni II Tiqranı atının quyruğuna bağlayıb Avropada sürütlədi və bununla da onlarda dövlət ideyası məzara gömdü, ta ki 1800-cü illərə kimi Rus-İran savaşına qədər, 1828-ci il Naxçıvan və İrəvan xanlıqları ləğv olunub İrəvan quberniyası yaranana qədər olan bir dövürdən 1992-ci il Xocalı soyqırımına qədər böyük bir tarixi olayları bu kitaba sığışdırmışam. Təbii ki, yuxarıda saydığım erməni kimliyi əsərboyu açılır, Tiqranın keyfiyyətləri 1918-ci ildə Naxçıvan, Zəngəzur, İrəvan, Güney Azərbaycanı qırmış Andronikdə, “Ocaq” əsərini yazmış Zori Balayanda da yaşadığını göstərmişəm.

Digər erməni xislətindən bəhs edən əsərim sizin də oxuduğunuz “Nalşəkilli mühasirə”dir. 1914-cü il Anadolu cəbhəsində ermənilərin Rusiya çarı II Nikolaydan Şərqi Anadolunu istəmələrindən 1918-ci il daşnak qoşununun Laçında Zabux dərəsində Sultan bəyin Nalşəkilli hərbi taktikası ilə süquta uğradılana qədər olan bir dövrü əhatə edir. Digər romanım isə “Savaşda qalib yoxdur” ki, yaxın zamanda çapa hazırlamağı düşünürəm.

Sonda Asif Atanın bir fikrini demək istəyirəm, o, deyir: “Biz Qafqazda şanslı millətik, türk dünyası adlanan böyük dənizə axırıq. Qafqazda bizdən savayı heç kimin belə bir şansı yoxdur”

Mənə qalsa, Qarabağ savaşından nə gözləyirəm? Torpaqla yanaşı erməniyə yardım edən fars rejiminin və rusçuluğun tüğyanı Azərbaycanda enəcək, türkçülük ideyası yüksələvək. Bu da yaxın gələcəkdə Turançılıq ideyasının əmələ keçməsinə səbəb olacaq.

Qarabağın işğalını ermənin xeyrinə həll etmək istəyn MİNSK qrupu türkün yaddaşsızlığına hesabladığı siyasi gedişində yanıldığı üçün xar olacaq! Amma utanmayacaq, çünki siyasətçidə bir yox, bir neçə sifət var.

YƏHYA




Bu haber 85 defa okunmuştur.

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇEKEBİLECEK DİĞER HABERLER
FOTO GALERİ
ÇOK OKUNAN HABERLER
VİDEO GALERİ
YUKARI